Yeni yaradılması planlaşdırılan özəl kredit bürosu “Creditinfo Azərbaycan”nın nizamnamə kapitalının 2.6 mln. avro olması planlaşdırılır ki, bu da əvvəl elan edilən rəqəmdən 18,2% çoxdur.
Xatırladaq ki, əvvəl bu məbləğin 2.2 mln. avro olması nəzərdə tutulurdu.
Qeyd edək ki, hazırda Büronun səhmdarı olmaq istəyənlərin sayı 21-dir ki, onların 20-si yerli, digəri isə “Creditinfo”-dur. Sonuncunun nizamnamə kapitalındakı payı 1.32 mln. avro olacaqdır.