“DəmirBank” təcili pul köçürmə xidmətini təklif edir

“DəmirBank” müştərilərə müxtəlif valyutalarda sərfəli şərtlərlə təcili pul köçürmə xidmətini təklif edir. Belə ki, hazırda dünyanın 200-ə yaxın ölkəsində məntəqəsi olan beynəlxalq pul köçürmə sistemləri vasitəsilə “DəmirBank”ın müştəriləri zaman itkisi olmadan və əlavə hesab açmadan istənilən məsafəyə cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər. Bankın istənilən filialına yaxınlaşaraq “Western Union”, “Zolotaya Korona”, “Contact” kimi beynəlxalq sistemlər ilə pul köçürmələrini həyata keçirmək mümkündür.

Qeyd edək ki, müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından yararlana bilərlər. Kampaniyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 AZN/USD/EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır