2017-ci ilin avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9 326 sığorta müqaviləsi imzalanıb. Belə ki, sözügedən icbari sığorta növü üzrə sığorta haqlarının məbləği 2 080 459 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 7360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1937-i isə digər daşınmaz əmlakla bağlı olubtən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47% azalma, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilib.
Qeyd edək ki, hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb.