DƏİS üzrə müqavilələrin sayında 26% azalma olub

2017-ci ilin iyul ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8076 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği isə 1 282 916 manat təşkil edib.

Həmçinin, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6062-i yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1999-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Qeyd edək ki, hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır