DəmirBank 200-dən artıq ölkəyə pul köçürmələri xidmətini təklif edir

Asan və sürətli yol ilə DəmirBank dünyanin 200-dən artıq ölkəsinə pul göndərmək üçün təcili pul köçürmə xidmətlərini təklif edir. Bunun üçün hesab açmadan və zaman itirmədən tək şəxsiyyət vəsiqəsi ilə Dəmirbankın sizə yaxın filialına yaxınlaşmaq kifayətdir.

Nəzərinizə çatdıraq ki, DəmirBank təcili pul köçürmə sistemlərindən istifadə edərək “Mobil danışıq kartı” kampaniyasından yararlanmaq imkanı əldə edirsiniz. Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN/USD/EUR məbləğində pul köçürənə və ya alana istənilən mobil rabitə sisteminin 1 AZN dəyərində, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR olduqda isə müştəriyə 2 AZN dəyərində mobil danışıq kartı hədiyyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır