DəmirBank “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir

 

27 illik fəaliyyətə malik olan DəmirBank müştəri məmnuniyyətini daha da artırmaq məqsədilə mövcud xidmətlərini inkişaf etdirir.

Belə ki, DəmirBank pulların, qiymətli əşyaların, sənədlərin və digər qiymətlilərin saxlanılması məqsədilə “Bank seyflərinin icarəsi” xidmətini genişləndirir. Daha əvvəl  Bankın  “Əməliyyat İdarəsi”, “Nərimanov” və “Sumqayıt” filiallarında mövcud olan depozitari xidmətləri, hazırda “Nizami”, “Gəncə” və “Şəki” filiallarında da müştərilərin istifadəsinə verilib.

Depozitari hər gün 24 saat fasiləsiz peşəkar mühafizə, siqnalizasiya və yanğın əlehinə sistem ilə təchiz olunur və yüksək məxfilik tələblərinə cavab verir.

Qeyd edək ki, Bank seyfini icarəyə götürmək üçün müştərilər yalnız şəxsiyyət vəsiqəsilə Bankın filiallarına müraciət edə bilərlər.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır