“DəmirBank” Facebook sosial şəbəkəsindəki öz rəsmi səhifəsində canlı yayım həyata keçirməyə başlayıb. Yayım zamanı 1 saat ərzində Bankın satış məsləhətçisi ən çox verilən sualları və müştərilərin üzləşdiyi çətinlikləri operativ şəkildə cavablandırır.
Artıq hər həftənin bazar ertəsi 16:00-dan 17:00-dək “DəmirBank” müştərilər üçün canlı yayımda olacaq. Bank, məhsul və xidmətlərlə bağlı istənilən suallarınızı əməkdaşa ünvanlaya bilərsiniz.
Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” artıq 28 ildir müştərilərə öz geniş çeşiddə xidmətlərini təqdim edir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.