DəmirBank-da əmanət məbləğini daim artıra bilərsiniz.

DəmirBank müştərilərə sərfəli şərtlərlə müxtəlif çeşiddə əmanət növlərini təklif edir. Belə ki, müştərilər “Göy”, “Qırmızı”, “Sarı”, “Uşaq” və “Plastik kartla yığım əmanəti” kimi əmanət növlərinin imkanlarından və üstünlüklərindən faydalana bilərlər.

DəmirBank-ın təklif etdiyi “Qırmızı” əmanət növünün əsas üstünlüyü vəsaitin istənilən vaxt artırmaq imkanının olmasıdı. Minimal məbləğ 100 AZN/USD olmaqla, əmanəti 1, 2 və 3 il müddətinə iki valyutada (AZN və USD) yerləşdirmək mümkündür. “Qırmızı” əmanət sahibləri istənilən vaxt vəsaitlərini minimum 50 AZN/USD olmaqla artıra bilərlər. Qırmızı əmanətin digər üstünlüyü ondan ibarətdir ki, hesablanmış faizlər hər ay əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır. Həmçinin “Qırmızı” əmanət növü 3-cü şəxsin adına da açıla bilər.

Onu da qeyd etmək istərdik ki, AZN ilə yerləşdirilmiş “Qırmızı” əmanət üzrə faiz dərəcəsi maksimum illik 12%, USD ilə isə –  illik 5% təşkil edir.

DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və “Əmanətlərin sığortalanması haqqında” qanununun şərtlərinə müvafiq olaraq bankda yerləşdirilmiş əmanətlər tam sığortalanır.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır