DəmirBank hüquqşünas axtarır – 2 VAKANSİYA

DəmirBank ASC Məhkəmə və İcra Orqanları ilə İş Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

MƏHKƏMƏ ORQANLARI İLƏ İŞ ŞÖBƏSİNƏ HÜQUQŞÜNAS

Vəzifə öhdəlikləri:

· Bankın mənafeyini müvafiq dövlət orqanlarında qorumaq və müdafiə etmək;

· Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı  təmsil etmək;

· Problemli kreditlərin məhkəmədənkənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;

· Kreditlərin  qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

· Ali hüquqi təhsil;

· Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;

· Stres altında işləməyi bacarmalı;

· Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

· Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 13 dekabr 2016-ci il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə oqranları ilə iş şöbəsinə – hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

 

İCRA ORQANLARI İLƏ İŞ ŞöBƏSİ ÜÇÜN “HÜQUQŞÜNAS”

Vəzifə öhdəlikləri:

• İcra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericiliklə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək;
• İcra məmurlarının qanuni göstərişlərini yerinə yetirməkdən boyun qaçıran borclular özlərinin və ya əmlaklarının axtarışında və lazımi tədbirlərin görülməsində bilavasitə iştirak etmək;
• Borcluların adına aşkar olunmuş, tələbin yönəldilə biləcəyi əmlaklara (daşınar, daşınmaz) vaxtnda tələbin yönəldilməsini tələb etmək, əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət etmək;
• Axtarış və ya məcburi gətirmə barədə qərarın icrasını aidiyyatı orqanlardan tələb etmək, bu növ qərarlar vasitəsilə icra şöbəsinə gətirilmiş borclular barəsində inzibati protokolla məhkəməyə müraciət olunmasını icra məmurundan tələb etmək;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlamaq, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb etmək;
• İcra şöbəsinin icraatında olan icra işlərinin icrası zərurəti ilə əlaqdar verilmiş sorğuları vaxtında cavablandırmaq;
• İpoteka, girov və ya üzərinə həbs qoyulmuş daşınar əmlakların bankın saxlancına yerləşdirilməsi məqsədilə qəbul etmək və ünvanına çatdırmaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 1 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
•    Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 dekabr 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İcra orqanları üzrə iş şöbəsi – Hüquqşünas şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır