“Dəmirbank” iki nominasiya üzrə lider bank seçilib

“Dəmirbank” ASC “Təmassız ödəniş kartları üzrə lider bank” və “Təmassız POS-temrinal infrastrukturu üzrə lider bank” nominasiyaları üzrə I yeri tutub.

Bu haqda BBN.az saytına bank dairələrindən məlumat verilib.

Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində lider banklar müəyyənləşdirilib.

“Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə II və III yerlərin sahibi isə uyğun olaraq, “Unibank” ASC və “Atabank” ASC olub.

“Təmassız POS-temrinal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə II və III yerlərin sahibi isə uyğun olaraq, “Unibank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır