DəmirBank qeyri-iş günlərində fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasının tövsiyyəsinə əsasən bayram günlərində müştərilərin bank xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə DəmirBank-ın iki filialı qeyri-iş günlərində fəaliyyət göstərəcək.

Belə ki, bankın A. Məhərrəmov küç. 33A ünvanında yerləşən “Xəzər” filialı 18-26 mart tarixlərində saat 10:00-dan 20:00-dək, Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı isə həmişə olduğu 7 gün 24 saat müştərilərin xidmətində olacaq. Həmçinin müştərilər yaranacaq bütün suallar ilə bağli fasiləsiz çalışan “149 – Məlumat Mərkəzinə” də müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır