“Dəmirbank”ASC-nin qiymətli kağızları BFB-də delist edilib

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı
1 AZ1001000145 Adi səhm “DəmirBank” ASC 105 000 000 (ədəd)
2 AZ3001000141 İmtiyazlı səhm “DəmirBank” ASC 90 000 (ədəd)

BFB-nin lisitinq qaydalarına əsasən, delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır