DəmirBank-da pul köçürmə sistemləri ilə göndərilən vəsaitin məbləği ilin əvvəli ilə müqayisədə son 3 ay ərzində 25%-dən çox artıb.
Hazırda DəmirBank-da Zolotaya Korona, Western Union, Contact kimi beynəlxalq pul köçürmələri ilə yanaşı, Bankın öz ölkədaxili Şimşək pul köçürmə sistemi də fəaliyyət göstərir. Bu sistemlər vasitəsilə müştərilər DəmirBank-ın istənilən filialından dünyanın bir çox nöqtəsinə zaman itkisi olmadan və əlavə hesab açmadan rahatlıqla cəmi bir neçə dəqiqəyə pul göndərə bilərlər. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.
DəmirBank-ın Mərkəz filialında bayram və istirahət günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 00:00-dək pul köçürməsi xidmətindən istifadə etmək mümkündür.