“Microsoft”un 2020-ci ilə qədər dünyanın 1 trilyon dollar sərhədini keçən ilk şirkət olmağa ço yaxın olduğu bildirilib.
“CNN Money”in məlumatına görə, mərkəzi ABŞ olan araşdırma şirkəti “Evercore ISI” analitiki Kirk Materne “Microsoft”un son vaxtlar çox sürətlə inkişaf etdiyini deyib.
Hazırda bazar dəyəri 650 milyard dollar olan “Microsoft”un hissələri bu il 35% artıb. Şirkətin son 5 ildəki böyüməsi isə 200%-i keçib.