D. Tramp, H. Klinton və Neft qiymətləri

Bildiyimiz kimi noyabrın 8-i iri neft hasilatçısı olan ABŞ-da prezident seçkiləridir. Bu isə cavablandırılması vacib olan bir sualı da özü ilə birlikdə gətirir: Donald Tramp və ya Hilari Klinton prezident seçilərsə,  bu neft qiymətlərinə necə təsir edəcək?

Donald Tramp çıxışları zamanı verdiyi saysız-hesabsız vədlərindən biri də neft hasil edən şirkətləri dəstəkləmək və onlar üzərindəki vergi yükünü azaltmaq idi. Əgər vədinə riayət edəcəyinə inanarsaq, D. Tramp prezident olacağı təqdirdə ABŞ-ın neft hasilatının artacağına, global təkliklifin yüksəlməsinə və neft qiymətlərinin azalmasına şahid ola bilərik. Məsələnin digər tərəfi isə D. Trampın sözünə olan inamdır. Belə ki,  onun sözünə riayət edəcəyi, seçiləndən sonra əks addımlar atmayacağı ilə bağlı heç kimi əmin etmək olmaz.

Hilari Klinton isə öz çıxışları zamanı yenilnəbilən enerji ilə bağlı təminatın yüksəldilməsinə yönəlik tədbirlrin gücləndiriləcəyini bildirib. Belə ki, onun prezidentliyi zamanı neft hasil edən şirkətlərə qarşı ciddi tənzimləmələr ediləcəyi gözlənilir.  Amma qaya qazının çıxarılmasına qadağanın qoyulması ehtimal edilmir. Həmçinin H. Klintonun seçki kompaniyasının əsas sponsoru olan Səudiyyə Ərəbistanı ilə saxladığı dostluq əlaqələri də diqqəti özünə cəlb etmir.  Bunları nəzərə alaraq Hilari Klintonun prezidentliyi dövründə neft qiymətlərinin yüksələcəyini gözləmək də mümkündür.

OIL-PRICE

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır