Amerika prezidenti Donald Trump Amerikaya gələnlərin sayını 50 % azaltmaq istəyir.
O, bu məqsədlə immiqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Layihə “Green Card” lotereyasının ləğvini nəzərdə tutur.
“Məşğulluğu yaxşılaşdırmaq üzrə amerikan immiqrasiya qanunvericiliyində islahatlar” (RAİSE, Reforming American İmmigration for Strong Employment) adlanan layihəyə görə, yalnız maliyyə imkanları olan şəxslər ABŞ-a gələ biləcəklər.
Qeyd edək ki, D.Trump bu sənədi yarım əsrin ən böyük immiqrasiya islahatı” adlandırıb.