Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalan 1-i isə Mingəçevir rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb.