Daha 307 hündürmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, 2017-cı ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 307 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.

Qeyd edək ki, bu ümumilikdə 13249 mənzilə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır