23 may “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən keçirilən konfransda “AtaBank” qalib olub. Belə ki, 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib.
“MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara arzulayıb və təbrik edib.
Qeyd edək ki, hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır.