Daha bir bank 2017-ci ili mənfəətlə başa vurub

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə  aktivləri 336 764 min manat səviyyəsində olub. Bankın Kredit portfelinin həcmi 119 838 min manat təşkil edib.

BBN.az-ın məlumatına əsasən, ümumi gəlirlər 96 569min manat , xərclər 95 425 min manat olub. Ötən ilin son rübündə Bank 1 143 min manat həcmində mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 53 186 min manat olub. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

Ötən il ərzində Bank 180 milyon manat  həcmində depozit cəlb edib ki, bunun da 75,7 milyon manatı  əhalinin əmanətləridir.

Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.

Qeyd edək ki, ötən il ərzində bankın müştərilərinin sayı  53% artaraq 24 560 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır