2017-ci ilin ilk üç ayında mənfəət əldə edən bankların sırasına “Nikoil Bank” ASC də qoşulub. Beləliklə, mənfəətli bankların sayı 20-ə yüksəlib.
Bankın rüblük hesabatına əsasən, “Nikoil Bank” ASC ötən rübü 227.4 min manat mənfəətlə başa vurub.
Bankın digər göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Göstəricilər | 2017-ci il I rübün sonu (mln. manatla – rüblük) | 2016-cı ilin sonu (mln. manatla – illik) | Fərq |
Aktivlər | 408.9 | 439.7 | -7.0% |
Kredit Portfeli | 299.2 | 340.3 | -12.1% |
Depozit portfeli | 231.7 | 263.3 | -12.0% |
Balans Kapitalı | 41.3 | 40.6 | 1.9% |
Faiz gəlirləri | 17.2 | 87.2 | |
Qeyri-faiz gəlirləri | 0.8 | 20.9 | |
Xalis mənfəət | 0.2 | -148.5 |