Daha bir kəndə ilk dəfə təbii qaz verilib

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Şəki rayonunun Baş Göynük kəndinə ilk dəfə təbii qaz verilib.

1 343 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 825 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 62 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə  sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır