Daha bir kəndə ilk dəfə təbii qaz verilib

Fevralın 24-də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masallı rayonunun Şıxlar kəndinə təbii qaz verilib.

BBN.az xəbər verir ki, tədbirdə  “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  və ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, ümumilikdə 781 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min 882 metr olan müxtəlif diametrli polad və polietilen  borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə  sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmçinin, Masallı rayonunun Qodman kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır