Daha bir kənd ilk dəfə qazla təmin edilib

Noyabrın 20-də Şəki rayonunun Şəkikənd  kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 782 metr müxtəlif diametrli polietilen və  ümumi uzunluğu 25 203 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şəkinin Kiçik Dəhnə və Baş Göynük  kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır