Daha bir neft quyusu əsaslı təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 271 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul vermiş, 2977-2900 metr intervaldan sutkalıq 82 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır