Daha bir ölkə OPEC-in Vyana görüşündə iştirak edəcək

Qazaxıstan oktyabrın 29-da OPEC-in Vyanadakı görüşündə iştirak edəcək. Bunu Qazaxıstanın enerji naziri Kanat Bozumbayev deyib.

Bozumbayev noyabrın sonunda keçiriləcək OPEC-in rəsmi görüşündə də iştirak etməyi planlaşdırdıqlarını, lakin hələ ki heç bir ölkənin dəvət olunmadığını da əlavə edib.

TASS-ın məlumatına əsasən, nazir Qazaxıstan iqtisadiyyatının neft qiymətlərinə qarşı həssas olduğunu və buna görə də, bu məsələ ilə ciddi maraqlandıqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır