Fevralın 03-də “Azəriqaz” İB Bərdə rayonunun Lənbəran kəndinə təbii qazın verilməsini təmin edib.
BBN.az xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Millət Vəkili Zahid Oruc, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, ümumilikdə 930 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 122 min 886 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.