Daha bir şirkət “Elektron Hökumət” portalına qoşulub

Artıq “Emsa Baku” MMC şirkətinin “Madame Coco” və “Dekoria” mağazalarının müştəriləri də “Elektron hökumət” portalı vasitəsilə təqdim olunan elektron arayışlardan istifadə edərək rahatlıqla istədikləri məhsulu kreditlə ala biləcəklər.

Xidmət “Emsa Baku” MMC şirkətinin bütün filiallarında tətbiq olunur.

Hazırda “Elektron hökumət” portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.

Xatırladaq ki, “Elektron hökumət” portalının vətəndaşlara göstərdiyi bu xidmətdən 30-a qədər bank, kredit təşkilatları və ticarət obyektləri yararlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır