Noyabrın 16-da Lerik rayonunun Əvilə və Murya kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 241 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 152 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Lerik rayonunun Durğan kəndində tikinti quraşdırma işləri davam etdirilir, tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir.