“Daimler” və “Geely” birlikdə “Smart” avtomobil istehsal edəcəklər

Almaniyanın avtomobil nəhəngi “Daimler AG” Çinin avtomobil istehsalçısı “Geely” ilə ortaq elektriklə işləyən avtomobil istehsalına başlayacaq.

Ortaq istehsalın maliyyə tərəfi şirkətlər tərəfindən açıqlanmasa da, istehsalın 2019-un sonlarına doğru başlayacağı bildirilib.

Hal-hazırda “Daimler” şirkəti fransız “Renault” şirkəti ilə Fransada və Sloveniyadakı kiçik zavodlarda “Smart” avtomobillərinin yığım prosesini davam etdirir. Lakin sözügedən zavodlarda istehsalat xərcləri proqnozlaşdırılanı ötüb.

Digər bir alman nəhəngi “BMW” də Çində elektriklə işləyən avtomobil istehsalına başlayacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır