Daşınar əmlakın yüklülüyü ilə əlaqədar qanun layihəsi müzakirə ediləcək

5 aprel 2017-ci il tarixdə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən  “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçiriləcək.

Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmənin (təminatlı əqdlər) tətbiqi sahəsində mövcud vəziyyət barədə IFC tərəfindən keçirilmiş sorğunun nəticələri təqdim olunacaq, hazırlanmış qanun layihəsinin vacib müddəaları barədə fikir mübadiləsi aparılacaq və uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi perspektivləri barədə təqdimatlar nümayiş etdiriləcəkdir.

Qeyd edək ki, daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi və daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması vəzifələri “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır