Daşınar əmlakın yüklülüyü haqqında qanun 4 hissədən ibarətdir

5 aprel 2017-ci il tarixində “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusu ətrafında konfrans keçirilib.

Konfransda IFC-nin hüquq məsləhətçisi Aqil Abdullayev bildirib ki,  daşınar əmlakın yüklülüyü ilə bağlı qanun 4 hissədən ibarət olacaqdır.

BBN.az xəbər verir ki,  qanun layihəsinin əhatə edəcəyi 4 hissə aşağıdakılardır:

  1. Daşınar əmlakın yüklülüyünə fuksional yanaşma;
  2. Daşınar əmlak üzərində üstünlük qaydasının müəyyənləşdirilməsi;
  3. Məlumatın tərəflərə açıqlanma qaydası;
  4.  Əmlaka tutmanın yönəldilməsi qaydası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır