Daşınmaz əmlak sərgisi keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi bu il Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərgi 23-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ölkə iqtisadiyyatında həyata keçirilən uğurlu islahatların nəticəsini və bir çox sahələr kimi daşınmaz əmlak bazarının yerli və xarici investorlar üçün cəlbediciliyini nəzərə alaraq cari ildə baş tutacaq sərgidə ötən ilə nəzərən daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, əsas vəzifələri isə daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır