BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli valyutada verilən daşınmaz əmlak təminatlı kreditlərin faiz dərəcələri, məbləğləri, müddətləri və s. məlumatlar öz əksini tapıb.
Araşdırmaya əsasən, hazırda 12 bank daşınmaz əmlak təminatlı kredit məhsulu təklif edir. Banklar içərisində ən aşağı faiz dərəcəsi “AtaBank” ASC -ə (17-20%), ən yüksək faiz dərəcəsi isə “Azərbaycan Sənaye Bankı” ASC-ə (27%) məxsusdur.
Bankın adı |
İllik faiz (%) | Məbləğ,
manatla |
Müddət
(ay) |
Komisiya haqqı (%) |
Məhsulun adı |
Amrahbank ASC |
21 | 50000 | 60 | 0 | |
AtaBank ASC |
17-20 | 100000 | 6-60 | 1 |
|
Azərbaycan Sənaye Bankı ASC |
27 | 5000-50000 | 36 | 1 |
|
Bank BTB ASC |
23 | 300-70000 | 36 | 0.5 |
Daşınmaz əmlak təminatlı kredit
|
Bank of Baku ASC |
23-25 | 3000-70000 | 3-36 | 1 |
|
Bank VTB (Azərbaycan) ASC |
25 | 3000-50000 | 6-60 | – | |
Expressbank ASC |
22-26 | 3000-40000 | 36 | – | |
NİKOYL Bank İKB ASC |
20 | 300000 | 60 | 1-5 |
Daşınmaz əmlak girovu ilə kredit
|
Rabitəbank ASC |
24-26 | 30000 | 3-36 | 1 |
|
TuranBank ASC |
18-21 | 500000 | 42 | 1 |
İri həcmli istehlak kreditləri
|
Yapı Kredi Bank Azərbaycan QSC |
18 | Minimum məbləğ 15000 | 12-60 | – |
|
Ziraat Bank Azərbaycan ASC | – | 50000 | 36 | – |
Şəxsi məqsədlər üçün nəzərdə tutulan istehlak krediti
|
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-də daşınmaz əmlak təminatlı kredit məhsulu təkrar müştərilər üçün 17%-lə təklif edilir.