Daşınmaz əmlakın icbari sığorta müqaviləsi 30% artıb

2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 milyona yaxın olmuşdur.

2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30% , sığorta haqlarının məbləğində 1.5% faiz artım müşahidə edilmişdir.

Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78 %-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olmuşdur.

2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır