Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 40% azalma olub

2017-ci ilin iyun ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 7036 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5038-i yaşayış evləri və mənzillər, 22-i inzibati binalar, 1976-ı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40% və 33% azalma müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır