2017-ci ilin sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 461 sığorta müqaviləsi bağlanıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 488 303 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 9463-ü yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1983-ü isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 112% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanan müqavilələrin sayı 136, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 10 590 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 51 sığorta müqaviləsi bağlanan, sığorta haqlarının həcmi 13 859 manat olub.