Daşınmaz əmlakın icbari sırğortası üzrə 15 mindən çox müqavilə bağlanılıb

2016-cı ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 383 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,1 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 85,9%-i yaşayış evləri və mənzillər, 0,2% -i inzibati binalar, 13,9%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7%, sığorta haqlarının məbləğində isə 2 dəfədən çox artım müşahidə edilib.

Noyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 158, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  11 550 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 642 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır