Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqqları ilə bağlı məlumatların şəffaflığı, açıqlığı və əlçatanlığı tam təmin olunub.
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanununun 26.1.1-ci maddəsinə əsasən 30 manat təşkil edir. Təkrar çıxarışın əldə edilməsinə görə müəyyən olunumuş rüsum isə 10 manatdır. Çıxarışlar vətəndaşlara 10 iş günü ərizdə verilir. Ancaq əmlakının dövlət qeydiyyatına alınmasına dair müraciət edən şəxs müəyyən olunmuş müddətdən tez çıxarışını əldə edə bilər. Bu zaman isə rüsumun məbləği yüksəlir. Beləki, Bakıda qeydiyyat 5 iş günü olarsa rüsumun məbləği 50%, 3 iş günü olarsa 100%, rayonlarda isə müvafiq olaraq 30% və 50% artır.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər elektron üsulla da həyata keçirilir.