2017-ci ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artaraq 81 min 129 təşkil edib.
2017-ci ilin ilk 6 ayı ərzində hüquqi və fiziki şəxslərə 72 min 578 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19,0% artımın olduğu müşahidə edilib.
Qeyd edək ki, bu il ərzində 1600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.