Debet kartları ilə aparılan əməliyyatların həcmi artıb

2017-ci ilin dekabr ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 5,17 milyon ədəd olub. Noyabr ayı ilə müqayisədə bu göstərici 26 min ədəd çoxdur.

BBN.az xəbər verir ki, dekabr ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.397 milyard manat olub. Bundan əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 262 milyon manat məbləğində çoxalıb.

Qeyd edək ki, orta hesabla dekabr ayı ərzində 1 debet kartla 270 manat məbləğində  əməliyyat aparılıb. Bu da noyabr ayı ilə müqayisədə təqribən 50 manat  çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır