2018-ci ilin fevral ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 5,216 milyon ədəd olub. Yanvar ayı ilə müqayisədə bu göstərici 50 min ədəd çoxdur.
BBN.az xəbər verir ki,fevral ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.16 milyard manat olub. Bundan əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 163 milyon manat məbləğində çoxalıb.
Qeyd edək ki, orta hesabla fevral ayı ərzində 1 debet kartla 222 manat məbləğində əməliyyat aparılıb. Bu da yanvar ayı ilə müqayisədə təqribən 30 manat çoxdur.