Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DekaBank” KB ASC-nin qorunmayan əmanətçilərinin diqqətinə çatdırır ki, bankda qorunmayan əmanətlərin ödənilməsinə başlanılıb. Əmanətçilər ləğv prosesində olan “DekaBank” KB ASC-yə müraciət etməklə qorunmayan əmanətlərinin 10 000 (on min) manata qədər hissəsini geri ala bilərlər.
Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.
Ödənişlər ləğv prosesində olan “DekaBank” KB ASC-nin baş ofisinin Müştəri Xidməti şöbəsində həyata keçirilir.