Depozit hərracında tələb 498,8 mln. manat olub

05.09.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib. Hərracda tələb 498,8 mln. manat olub.  Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, 28.08.2017-ci il tarixində keçirilən depozit hərracında tələb 610,9 mln. manat olmuşdu.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır