Mərkəzi Bank depozit hərracının keçirilməsi barədə məlumat açıqlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az xəbər verir ki, hərrac 10 dekabr 2018-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 350 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 7.76% – 9.74% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır