Depozit hərracına faiz dərəcəsi minimum həddə enib

17 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 298 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,96% təşkil edib.

Qeyd edək ki,  Mərkəzi Bank hərracın məbləğini 150 mln. manat olaraq elan etmişdi.

Nəticədə banklar tərəfindən yerləşdirilmək istənən vəsaitin həcminin bu məbləği iki dəfə üstələməsi faiz dərəcəsini 14%-dən aşağı həddə çəkib.  Qeyd edək ki, bu hal il ərzində ilk dəfə olaraq, müşahidə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır