Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Məlumata görə, hərrac 23 oktyabr 2017-ci il tarixində keçiriləcək. Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 100 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.