Depozit hərracında tələb 548 mln. manatdan çox olub

04.12.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Hərracda tələb 548.60 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, 27.11.2017-ci il tarixində keçirilən depozit hərracında tələb  903.10 mln. manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır