Depozit hərracında tələb artıb

13.11.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracın keçirilib.

Hərracda tələb 790,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, 06.11.2017-ci il tarixində keçirilən depozit hərracında tələb  630,8 mln. manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır