16.10.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 636.1 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
Qeyd edək ki, depozit hərracında 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulmuşdu.